Korporativ Əlaqələr üzrə köməkçi

26 Aprel 2021 - 26 İyun 2021

PASHA Holding Korporativ Əlaqələr üzrə köməkçi vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • Daxili və xarici auditoriya üçün keyfiyyət standartlarına və dizayn qaydalarına cavab verən fərqli, eləcədə Şirkətin “Brand Book”na uyğun olan slaydlar və bütövlükdə təqdimatların hazırlanması;
  • Təsvirlərdən istifadə edərək ayrı ayrı slaydların tərtibatı, mətnlərin visualizasiyası, format və texniki quruluşların təkmilləşdirilməsi;
  • Sənədlərin bütünlüklə yenilənməsi: məqsədəuyğun şəkildə, bütün slaydların vahid formatda və dəqiq qrafiklə işlənmiş, təkmilləşdirilmiş vizual təqdimatı (tərtib, mesaj vizualizasiyası);
  • Bütün hazırlanma prosesi ərzində fərqli funksional qruplarla birbaşa əlaqələrin qurulması və birgə  əməkdaşlıq;
  • Keyfiyyət standartlarının təmin edilməsi məqsədilə sənədlərin yoxlanılması;
  • Daxili kommunikasiya kanallarının idarəedilməsində dəstək;
  • Korporativ görüşlərin və tədbirlərin koordinasiyasında dəstək, iclasların planlaşdırılması və iclaslarla bağlı məlumatların təşkili, qeyd edilməsi, tələb oluna keyfiyyətinin qiymətləndirilməsi;
  • İnternet səhifəsi və digər xarici kommunikasiya kanallarında məlumatların yenilənməsi;
  • Ehtiyac yarandığı halda PAŞA Holdinqin kommunikasiyalar fəaliyyətinin tərkib hissəsi olaraq foto və video fayllarının redaktə edilməsi də daxil olmaqla fərqli dizayn proqramlarında işləmə;
  • Zərurət yarandığı hallarda Şirkət əməkdaşlarına vizualizasiya üzrə məsləhət xidmətlərinin göstərilməsi;
  • Ehtiyac yarandığı hallarda, komanda üzvlərini təqdimat dizaynı, eyni zamanda PPT və think-cell və bu kimi digər vasiələrdən səmərəli istifadə üzrə təlimləndirilməsi;
  • Ofisdaxili təşəbbüslərdə və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə iştirak;
  • Sürətlərin çoxaldılması və cildləmə sorğularınının tamamlanması. Ehtiyac yarandığı hallarda bir sıra peşəkar xidmətlərin təqdim edilməsi (məs., peşəkar cildlmə, posterlərin hazırlanması və redaktə edilməsi);

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə ilkin peşəkar təcrübə;
  • MS Office proqram paketinin, xüsusilə  Power Point proqramının yüksək səviyyədə biliyi; planlaşdırma və dizaynın diqqətlə izlənilməsi; Adobe Illustrator, Photoshop, InDesign kimi dizayn proqramlarının ilkin biliyi;
  • Onlayn ünsiyyət və qiymətləndirmə vasitələrinin biliyi və təcrübə - Zoom, Microsoft Teams; SurveyMonkey, Mentimetr və s. + Adobe video tənzimləmə vasitələri
  • Güclü təşkilatçılıq və şəxsiyyətlərarası ünsiyyət bacarığı; sifarişçilərə xidmətə diqqət; yüksək uyğunlaşma və təyin olunmuş son tarixlərin qarşılanması; müstəqil işləmə bacarığı; güclü ünsiyyət və anlama bacarıqları;
  • Azərbaycan və ingilis dillərində mükəmməl yazı bacarığı;

Müraciət etmə qaydaları:     

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Qrafik dizayn üzrə mütəxəssis” qeyd olunmalıdır;
  • CV-lər 26 iyun, 2021-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.