“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Abşeron Hotel Qrup” Məhdud Məsuliyyətli Cəmiyyət hotel idarəetmə şirkətidir.

2013-cü ildə ildə şirkətin qurulması ilə Qrup, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaqla, qonaqpərvərlik sənayesinin strateji oyunçusu olmağı hədəfləyir.


Bu portfel, həm Azərbaycan, həm də ölkə xaricində orta sinifdən lüks hotellərə və digər qonaqpərvərlik subyektlərinə qədər müxtəlif hotel kateqoriyalarını əhatə edir.


Qrup Azərbaycanın paytaxtında müvafiq beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan Four Seasons Baku, JW Marriott Absheron Baku və The Ritz-Carlton, Baku* kimi üç lüks hotelə malikdir.


Qrup daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunmuşdur:

  • Baku Marriott Hotel Boulevard
  • Sheraton Baku Intourist
  • Courtyard by Marriott Baku
  • Pik Palace, Shahdag, Autograph Collection
  • Park Chalet, Shahdag, Autograph Collection
  • Dinamo Hotel Baku
  • The Merchant Baku
  • Bilgah Beach Hotel
  • Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
  • Boutique 19 Hotel
  • Art Gallery Hotel

Bundan başqa, Absheron Hotel Group -un inşaat mərhələsində olan daha iki hotel layihəsi də vardır ki, bunlardan biri Bakı-da* (The Crescent, brend- təsdiqlənməyib), digəri isə Tbilisi*, Gürcüstanda (AC Hotel by Marriott Tbilisi) yerləşir və növbəti 2-3 ildə açılması gözlənilir

*inşaat mərhələsindədir